"Paylaşanda da pis oluruq, paylaşmayanda da..."- Xatirə QINADI - VİDEO
    • 11-04-2020, 14:22
    • 762

"Paylaşanda da pis oluruq, paylaşmayanda da..."- Xatirə QINADI - VİDEO

Karantin günlərini evində keçirən məşhur müğənni Xatirə İslam paylaşdığı video ilə diqqət çəkib. 

News24.az xəbər verir ki, o, sosial şəbəkədə yardım edən sənətçiləri tənqid edən izləyicilərə səslənərək bunları deyib: "Mənim paylaşımlarım altına şərhlər yazırsınız, oxuyuram. Əvvəla onu deyim ki, mən hər zaman imkansız insanlara, ehtiyacı olanlara yardım etmişəm, edirəm, inşaallah edəcəyəm də. Lakin bunu çəkib paylaşmamışam. Səbəb buna pis baxmağım deyil. Məncə, insanlar yaxşılıq edirsə, bunu çəkib paylaşmalıdır ki, hamıya nümunə olsun. Lakin mən bir az çəki aldığıma görə kefsiz idim və çəkiliş etmədim. Amma bu o demək deyil ki, kömək etmirəm. Mənim sənət dostlarım yardımlar edirlər və çəkib paylaşırlar. Onda da deyirsiz ki, sağ əlin verdiyini sol əl bilməz. Ay başınıza dönüm, bəs çəkib paylaşmayanda da deyirsiz ki, yardımlar etmirsiz. Biz nə edək daha?! Paylaşanda da pis oluruq, paylaşmayanda da. Mən çox adama yardım etmişəm. Kirayə pullarını da, yemək pullarını da, hətta, müalicə pullarını da vermişəm. Siz Allah, belə danışmaqla yardım edənləri ruhdan salmayın. Təki imkanlılar ehtiyacı olanlara yardım etsin, sonra da çəkib paylaşsın. Əsas odur ki, yardım edirlər. Siz də edin".

Sevda Bayramova