"Ağlıma gəlməzdi ac, quru taxtanın üstündə yatacağam" - KOBRA PƏRVİZ

"Ağlıma gəlməzdi ac, quru taxtanın üstündə yatacağam" - KOBRA PƏRVİZ
ŞOU-BİZNES / İDMAN / MARAQLI

15 aprel 2020, 11:06

Mətn ölçüsü

"İndi özümü əla hiss edirəm. Doqquz gündür ki, yarışdan ayrılmışam. Doyunca yemək yeyə bilirəm. Önəmli olan budur".

News24.az xəbər verir ki, bu sözləri Türkiyənin ən reytinqli yarışmalarından biri hesab olunan "Survivor"un eks iştirakçısı, həmyerlimiz, "Kobra" ləqəbli kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev Azad Azərbaycan Televiziyasında yayımlanan "Atv səhər" verilişində deyib. O, yarışmada olduğu müddət "Nə gedəəəəər" dediyi ifadəsindən danışıb: "Orda olanda hər şeyi çox fikirləşirdim, məsələn, "yemək nə gedər" dediyim məqamlar çox olub. Yeyib tox olandan sonra ac qaldığımız günlərin qədrini daha çox bildim. Məsələn, bir həftəyə qalib olan komandaya 100 qram düyü verirdilərsə, hər iştirakçıya bir düyü düşürdü. Heç vaxt ağlıma gəlməzdi ki, mən bir düyüyə görə bu qədər mübarizə aparacağam. Orda saat 19:00-da hava qaralırdı və biz ac olduğumuza görə tez yatırdıq. Düşünməzdim ki, nə vaxtsa belə ağır şəraitdə yaşayacam, saat 7-də, özü də quru taxtanın üstündə yata bilərəm. Yuxum qaçan vaxtlarda  başımı nə iləsə qatmağa çalışırdım. Məsələn, bir dəfə şeir demişdim".

P. Abdullayev "Survivor"da qazandığı uğurlarından söhbət açıb: "Komandamıza demək olar ki, ən çox mən qalibiyyət gətirdim. İlk həftələrdən xal baxımından üstünlük ən çox məndə idi. Yarışmanın ilk həftəsində 21 xal qazanaraq komandamızın birincisi olmuşdum. Ümumi 97 xalım vardı. İştirakçılar arasında hələ heç kim bu qədər xal toplamayıb". 

Sevda Bayramova