"Susdurun, ziyalıları, yazıçıları, şairləri..." BRİLLİANT DADAŞOVA

"Susdurun, ziyalıları, yazıçıları, şairləri..." BRİLLİANT DADAŞOVA
ŞOU-BİZNES

21 aprel 2020, 16:40

Mətn ölçüsü

"Xalqımıza qarşı yönəlmiş informasiya müharibəsi sürətlə davam edir. Susdurun! Ziyalıları, yazıçıları, şairləri, sevilən aktyorları, hamını susdurun. O, informasiya müharibəsini, gözdən salma kampaniyasını aparanlar höküməti, millət vəkillərini, tanınmış insanları təhqir edib və hər sözdən bir gəmbərqulu çıxarıb, situasiyanı istədikləri istiqamətə yönəldirlər. Xalqın inkişafın ən aşağı pilləsində dayanan nümayəndələri də, özləri bilmədən özümüzü baltalayırlar".

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə yazıb. O, Xalq artisti Afaq Bəşirqızının şəklini paylaşıb.

Qeyd edək ki, ötən gün Xalq artisti Afaq Bəşirqızı ARB TV-də yayımlanan "Elgizlə izlə" proqramında işlətdiyi qeyri-etik ifadələrlə gündəmə gəlib.

Sevda Bayramova