Hacı Nuran Afaq Bəşirqızını MÜDAFİƏ ETDİ - FOTOLAR

Hacı Nuran Afaq Bəşirqızını MÜDAFİƏ ETDİ - FOTOLAR
ŞOU-BİZNES

22 aprel 2020, 12:57

Mətn ölçüsü

Tanınmış teleaparıcı Hacı Nuran sosial media hesabında etdiyi paylaşımla diqqət çəkib.

News24.az xəbər verir ki, o, Afaq Bəşirqızı ilə birgə lentə alınan fotoları paylaşaraq ona dəstəyini nümayış etdirib: "Bəzən deyilən söz səhv anlaşılır, ya da bu sözün səhv anlaşılması üçün şərait yaradılır... Son günlər gülüş ustası, Azərbaycan Respublikasının Xalq artisti Afaq Bəşirqızının canlı yayıma zəng edib, bir kəlmə söz işlətməsi ilə bağlı video-görüntü sosial şəbəkələri dolaşır, saytlarla manşet yazısına çevrilir... Xalq artistinin, xüsusən də qadının bir kəlmə sözü qınanılır... Görəsən, niyə belə məqamlarda bir çox məsələlər unudulur: axı zəng edən Afaq xanım canlı yayımda olduğunu bilmir və işlətdiyi ifadə də güclə eşidiləcək tərzdə olur... Və düşünürəm ki, Afaq xanım da Elgizlə səmimi münasibətdə olduğu üçün ona ərklə bir qədər sərt sözlər deyir və yenə də qeyd edirəm ki, Afaq xanım canlı yayımda olduğunu bilmir, yəni o, Azərbaycan tamaşaçısına hörmətsizlik edən insan deyil... Çünki Afaq Bəşirqızı bir sənətkardır... Sənətkar övladıdır... İllərini Azərbaycan səhnəsinə həsr etmiş bir insandır... Onun dostu ilə ərkyana danışığı nə qınaq mövzusu ola bilər, nə də müzakirə predmeti... Digər tərəfdən də Afaq Bəşirqızı mənimçün kişi xislətli bir qadındır... Musiqili Komediya Teatrı kimi nəhəng bir sənət məbədinə böyüklük etmək hər qadının işi deyil ki, bunu da Afaq Bəşirqızı gözəl bacarır və bunun üçün həm sərt, həm mərhəmətli, həm də istedadlı olmalısan ki, bunu da aktrisa gözəl bacarır..."

Qeyd edək ki, MTRŞ verilişin xalq artistinin qeyri-etik ifadələrinə görə telekanalın yayımını 6 saatlıq dayandırmışdı.

Sevda Bayramova