"Nənə olmağı arzulayıram" - HƏMİDƏ ÖMƏROVANIN DOĞUM GÜNÜ ARZUSU
    • 25-04-2020, 18:59
    • 1 403

"Nənə olmağı arzulayıram" - HƏMİDƏ ÖMƏROVANIN DOĞUM GÜNÜ ARZUSU

Azərbaycan kino və teatr aktrisası, Xalq artisti, dosent Həmidə Ömərova bu gün 63 yaşını qeyd edir.

Arzularını News24.az-a danışan sənətkar tezliklə nənə olmaq arsuzunda olduğunu etiraf edib: "Özümə yeni yaşımda nəvə arzu edirəm. Bu, ən böyük arzumdur. Bu il ən böyük hədiyyəmi də oğlumdan aldım. O, mənə 101 qızılgül bağışladı. Buna səbəb isə mənim "Миллион алых роз" mahnısını sevməyimdir. Dostlarımın, əzizlərimin təbriklərini almışam. Sağ olsunlar, onları çox sevirəm. "İnstagram"da mənə mahnılar, şeirlər həsr ediblər (gülür). Kim ki, bu gün məni tək qoymadı, hamısına öz təşəkkürümü bildirirəm. İnsanın tam xoşbəxt olması üçün canı sağlam olmalıdır. Özümə və hər kəsə də ən əsası da bunu arzu edirəm". 

Xalq artisti söhbət əsnasında "Ata ocağı" serialından da danışıb: "Koronavirusa görə bir çox çəkilişlər təxirə salındı, amma "Ata ocağı"nın çəkilişləri davam edir. Çünki seriala çox böyük ehtiyac var. Biz də xalqımıza bu yöndə xidmət etməliyik. Mən də canlı ünsiyyət üçün çox darıxmışam, amma bir az səbr etməliyik". 

Sevda Bayramova