Məlahət Abbasovadan AzTV-yə:
    • 27-04-2020, 13:53
    • 1 041

Məlahət Abbasovadan AzTV-yə: "Mən itirmədim, kanal itirdi"

Əməkdar artist Məlahət Abbasovanın aparıcılığı ilə Azərbaycan Dövlət Televiziyasında (AzTV) efirə çıxan "Məlahətli söhbətlər" verilişi daha yayımlanmayacaq. 

News24.az
xəbər verir ki, bu haqda "İnstgram"da danışan M.Abbasova incikliyini dilə gətirib: "Artıq verilişimiz yayımlanmayacaq. Veriliş yayımlanan müddətdə həqiqətən də çox səviyyəli iş ortaya qoyduq. Xalq bu verilişi çox sevdi. İki dövlət, tək millət adına olan səviyyəli bir proqram idi. Türkiyənin ən tanınmış simaları bu verilişdə qonaq oldu. Bu insanları Bakıya gətirmək asan deyildi. Gözəl işlər baltalanmamalıdır. Xalqı maarifləndirən verilişlər olmalıdır. Yaxşı, sosial proqramlar olmalıdır, amma buna da dəstək durmalı idilər. Maddiyat güdülməməli idi. Mən Türkiyədə teatr rəhbəriyəm, burada seriallardan nə qədər qazanmaq olur. Amma maddiyatı kənara qoyub, mənəvi dəyərlərə üstünlük verdim. Azərbaycan üçün nələrsə etməyə çalışdım. Ancaq son iki-üç gündə problem yaşandı. Mən itirmədim, kanal itirdi. İzləyicilər iradlarını mənə yox, kanala bildirsinlər. Amma mənim üçün fərqi yoxdur, o kanal olmasın, başqasına gedəcəm".

Qeyd edək ki, Məlahət Abbasovanın "Məlahətli axşamlar" verilişi ilk dəfə "Azad Azərbaycan" televiziyasında yayımlanıb. Daha sonra sözügedən kanal rəhbərliyi ilə aktrisa arasında problem yaşanıb. Verilişin növbəti efir həyatı "AzTV"də davam etdirilib. 

Sevda Bayramova