"Kişilər qadınların əl-ayağına dolaşmamalıdır" - Dilarə ƏRİNDƏN DANIŞDI
    • 27-04-2020, 11:27
    • 869

"Kişilər qadınların əl-ayağına dolaşmamalıdır" - Dilarə ƏRİNDƏN DANIŞDI

"Karantin günlərində Mixail Zadornovun "Хочу купить вашего мужа" əsərini Azərbaycan dilinə tərcümə edirəm. Zadornov əsl satirikdir, çox gözəl söz ehtiyatına malikdir, onun qələmini çox sevirəm. Daha sonra tez-tez yanıltmaclar deyirdim ki, formada qalım".

News24.az
xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva Planet Parni iz Bakunun "2+1=4" layihəsində deyib. Söhbət əsnasında Əməkdar artist Cabir İmanov "Dilarə xanım sizin həyat-baca yoldaşınız Oqtay müəllim karantin günlərini necə keçirir?" sualını verib.

Həmsöhbətin cavabı isə gülüşə səbəb olub: "Oqtayin bu müddtdə evdə gördüyü ən yaxşı iş evdə qalıb mənə mane olmamağıdır (gülür) Məncə, karantin dövründə kişilər qadınların əl-ayağına dolaşmamalıdırlar. Məsələn, elə vaxtlar olur, qadının vurhavur yemək bişirdiyi yerdə, kişi o tərəfdən qışqıra-qışqıra deyir ki, "Ordan bir çay gətir". Bu baxımdan Oqtay müəllim özünü yaxşı apardı. Karantin boyu deyindi-deyindi, indi də qutardı". 

Sevda Bayramova