Tahir İmanov Elza Seyidcahanı İYNƏLƏDİ
    • 27-04-2020, 11:38
    • 1 163

Tahir İmanov Elza Seyidcahanı İYNƏLƏDİ

"Planet Parni iz Baku"nun "2+1=4" layihəsinin növbəti buraxılışı maraqlı məqamlarla yaddaqalıb.

News24.az xəbər verir ki, layihənin aparıcısısı Tahir İmanov canlı yayımda Əməkdar artist Elza Seyidcahana da söz atıb: "Yəqin toyda da Elza xanım onlayn şəkildə mahnı oxuyacaq. "Onlayn toy, online eyyyy..(qəhqəhə çəkir). Təsəvvür edin ki karantin qutarandan sonra Elza Seyidcahanın yeni "Evdə qal" mahnısı nəyə çevriləcək. "Evdən çıx, evdən çıx, evdən çıx çıx çıx çıx....Qeyri adi ifa idi. Amma öz aramızdır, Motsart iki dəfə qəbrində fırlandı. Gözəl insandır, heç kimi təhqir eləmir, əhval ruhiyyəmizi qaldırır. Bizə razılıq versə, növbəti yayımın qonağı Elza Seyidcahan olacaq".

Sevda Bayramova