Günay İbrahimli "Bu zamandan sonra" - VİDEO

Günay İbrahimli
ŞOU-BİZNES

27 aprel 2020, 12:48

Mətn ölçüsü

Müğənni Günay İbrahimli yeni mahnı və klipini təqdim edib. 

News24.az xəbər verir ki, “Bu zamandan sonra” adlı mahnının müəllifi Zülfi Bədəlovdur. Bəstənin arajemanı isə Elvin Musayeva aiddir. İfaçı yeni klipinin rejissor işini Dele Orucluya həvalə edib. 

Rəngarəng görüntülərin yer aldığı ekran işində Günay İbrahimli izləyiciləri qarşısına bir neçə obrazda çıxıb. 

Karantin günlərində insanları pozitivə yükləmək istədiyini bildirən G.İbrahimli yeniliyi haqda bunları deyib: “Mahnıdan bir hissəni  “İnstagram” hesabımda paylaşmışdım. Gələn reaksiyalardan çox bəyənildiyini anladım. Bundan başqa havalar istiyə doğru gedir. Həm də ölkə ərazisində koronavirusla bağlı karantin rejimidir. Ona görə də düşündüm ki, məhz rəngarəng klip və ritmik mahnı ilə #evdəqal mesajına dəstək olan hər kəsi pozitiv əhval-ruhiyyəyə yükləyim”. 

YouTube