"Mən və bir çox ifaçılar AzTV-də qadağadayıq" - NADİR QAFARZADƏ

"Mən və bir çox ifaçılar AzTV-də qadağadayıq" - NADİR QAFARZADƏ
ŞOU-BİZNES

02 may 2020, 13:41

Mətn ölçüsü

Müğənni Nadir Qafarzadə AzTV-ni onu efirə buraxmamaqda ittiham edib.

News24.az xəbər verir ki, ifaçı  televiziyanın ona qadağa qoyduğunu bildirir: "Dünən sosial şəbəkə hesabımda anons etdim ki, bu həftə AzTV-də yayımlanan "Eyvana çıx" layihəsinin növbəti qonağı mən olacağam. 10 gün əvvəl AzTV-dən zəng etmişdilər, razılaşmışdıq ki, həmin verilişin son buraxılışınında mən olacam. Amma çox üzgünəm ki, alınmadı. Hər kəsə bildirmək istəyirəm ki, bu məslədə mən yalançı olmadım. Dünən hər şeyi danışmışdıq, hara gəlməliyəm, çəkiliş harada baş tutacaq. Bu günsə səhər saat 10-da zəng gəldi ki, verilişin formatı dəyişdi. Mən yox, verilişdə bu günə qədər çəkilən ifaçılar iştirak edəcəklər. Düşünürəm ki, bu, mənə qarşı növbəti haqsızlıqdır. Mən uşaq deyiləm, illərdir sənətdəyəm. Səhnəyə 1983-cü ildə Azərbaycan Dövlət Televiziyasından gəlmişəm. Mənim AzTV ilə problemim yoxdur, yəqin ki, onların mənimlə problemi var. Eyni zamanda  düşünürəm ki, mən olan bu münasibətdən rəhbərliyin xəbəri yoxdur.  Bilmirəm, niyə belə şeylər baş verir? Onların söylədiyi tutarlı səbəb deyildi. Daha sonra anladım ki, sən demə, mən və bir çox ifaçılar AzTV-də qadağadayıq. Televiziyada müəyyən insanlar var ki, oranı idarə edirlər.  Qarşımı kəsənlərin kim olduğunu çox yaxşı bilirəm. Mən hər kəsdən üzr istəyirəm, çünki bilirəm ki, dinləyicilər bu konserti gözləyirdilər. Komandamla çox gözəl şəkildə hazırmışdıq. Əməyimə həyifim gəlir".

Nadir Qafarzadənin fikirləri ilə bağlı AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanovla əlaqə saxladıq. Televiziya rəsminin məsələyə münasibəti belə oldu: "AzTV-də müğənnilərin efirə çıxıb-çıxmaması haqda qərarı Bədii Şura verir. O ki qaldı "Eyvana çıx" proqramında son məqamda dəyişiklik olmasına, bu haqda məlumatım yoxdur. Nadir Qafrzadəyə kimin zəng etdiyindən də xəbərsizəm". 

Sevda Bayramova