Koronavirus Miri Yusifə də TƏSİR ETDİ
    • 5-05-2020, 10:33
    • 822

Koronavirus Miri Yusifə də TƏSİR ETDİ

Xalq artisti Miri Yusifinin konsertinin vaxtı dəyişidirilib.

News24.az
xəbər verir ki, müğənninin "Crystal Hall" səhnəsində baş tutacağı gözlənilən konsert oktyabrın 18-ə keçirilib. Miri Yusif bu haqda sosial şəbəkədə açıqlama verib: "Əziz ruh əkizlərim, dünyanı saran koronavirus həyatımızın axışına mənfi müdaxiləsini davam etdirir. Bu müdaxilə bizi yaxın gələcəkdəki planlarımızı təxirə salmağa, vaxtını ertələməyə vadar edir. Mənim yaxın və ən böyük planımın 24 may "Crystal Hall" konserti olduğunu yaxşı bilirsiniz. Əminəm ki, siz də mənim kimi onu səbirsizliklə gözləyirsiniz. Ancaq bu gün hamımız səbrli olmalı, doğru addımlar atmalıyıq. Hər şeydən öncə minlərlə insanın təhlükəsizliyini nəzərə alaraq biz də komandamızla qərar verdik ki, konserti oktyabr ayının 18-ə keçirək. Çiçəklənən yazda olmasa da, qızılı payızda mütləq görüşəcəyik. Hələlik isə evdə qalaq, mən yeni mahnılar yazmağa davam edim, siz isə dəstəyinizi əskik etməyin. Bütün alınan biletlər tarixin dəyişməsindən asılı olmayaraq qüvvədə qalır".

Sevda Bayramova