"Toppuş bacı"nın xəstəliyi yenidən baş QALDIRDI
    • 8-05-2020, 19:14
    • 778

"Toppuş bacı"nın xəstəliyi yenidən baş QALDIRDI

"Təəssüf ki, yenidən xərçəngə yoluxmuşam. Böyrək damarlarımda törəmələr əmələ gəlib. Yenə də çalışıram yaxşı olum. Milli Onkologiya Xəstəxanasının bütün həkimlərini salamlayıram, onlara inanıram. İki ilə yaxın limfalarımda yaranan törəmələrə görə müalicə aldım. İstənilən nəticəyə gəlib çıxdıq. Həkimdən soruşdum ki, yenə kimyaterapiya alacam? Dedi ki, hə, yəni almaq məcburiyyətindəyəm".

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyeva ATV-də yayımlanan "Bizimləsən" verilişində deyib.

O, bildirib ki, dərman müalicəsi davam edir: "Kimyaterapiya qəbul edə bilmirəm, orqanizmimdən asılı olan problemdir. Mənim dərmanım kimyaterapiyadır, amma qanım az olduğuna görə qəbul edə bilmirəm. Milli Onkologiya Xəstəxanasının bütün həkimləri məni yaşatmaq istəyirlər. Bir ay içində mənə 150 iynə vurulub. O qədər ağır hallara düşürəm ki... Son üç gündür istilik, tərləmə, halbahal oluram, çölə də çıxa bilmirəm. Bunlar ağır dərmanların təsiridir. Normalda üç aydan bir müayinəyə getməliyəm, amma mən ayda bir dəfə gedirəm. Sağ olsun, həkimlər mənə çox yaxşı baxırlar. Sadəcə, orqanizmim tab gətirmir. İndiki durumum əla deyil".

Sevda Bayramova