"Səhnəsiz yaşaya bilmirəm" - AYGÜN KAZIMOVA

"Səhnəsiz yaşaya bilmirəm" - AYGÜN KAZIMOVA
ŞOU-BİZNES

11 may 2020, 10:18

Mətn ölçüsü

"Ən çox səhnə üçün darıxmışam. Səhnəyə çıxmaq istəyirəm"

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. Müğənni karantin günlərindən bəhs edib. O bildirib ki, səhnə üçün darıxır və yeni layihələr hazırlayır: "Karantin bitən kimi 1 saniyədən sonra səhnəyə çıxacam. Yəqin tamaşaçılar məni başa düşür. İzləyicilərimsiz və səhnəsiz yaşaya bilmirəm. Bütün günü oturub fikirləşdim. Bəzi xasiyyətlərimlə vidalaşdım. Bəzi gözəl xüsusiyyətləri özümə cəlb etdim".

Sevda Bayramova