Brilliant Dadaşova da Əbülfəs Qarayevdən YAZDI: "İnanıram ki, dövlətimiz...."

Brilliant Dadaşova da Əbülfəs Qarayevdən YAZDI:
ŞOU-BİZNES

12 may 2020, 13:54

Mətn ölçüsü

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə Mədəniyyət naziri Əbülfəs Qarayev haqda status yazıb.

News24.az xəbər verir ki, Dadaşova Xalq artist Flora Kərimovanın "Əbülfəs Qarayev "KQB" deyil ki, işçilərinin arxasınca casus göndərsin" fikrinə münasibət bildirib: "Flora xanım, çox sağ olun. Siz hər gördüyünü anlamadan fikir bildirən insanları maarifləndirirsiniz. İnanıram ki, dövlətimiz Əbülfəs Qarayevi qoruyacaq. Allahın köməyi ilə tezliklə haqq-ədalət öz yerini tapacaq. Əbülfəs Qarayev bizim xalqımız və mədəni irsimiz üçün dahi bəstəkar Qara Qarayevin yadigarıdır. O, bizim sevimlimizdir". 

Sevda Bayramova