"Laçından ayrı düşmüşən, vətəndən də ayrıla bilmərəm" - FƏDAYƏ LAÇIN
    • 18-05-2020, 11:23
    • 812

"Laçından ayrı düşmüşən, vətəndən də ayrıla bilmərəm" - FƏDAYƏ LAÇIN

Müğənni Fədayə Laçın "Bizimləsən" verilişinin virtual qonağı olub.

News24.az xəbər verir ki, hazırda Moskvada olan ifaçı yollar bağlı olduğu üçün görə Vətənə qayıda bilmir: "Novruz bayramında Moskvaya gəldik. Dostlarım dəstək üçün konsert təşkil etmişdi, amma yarımçıq qaldı. O vaxtdan da Bakıya qayıda bilmirəm. Rusiyada kirayə ev tutmuşam, oğlum Əlhəmlə bir qalırıq. Moskvaya köçmək kimi bir fikrim yoxdur. Laçından ayrı düşmüşəm, Vətəndən də ayrıla bilmərəm. Konsertdən yaxşı pul qazandım. Amma yedim, qurtardı. Burda dostlar var ki, bizi evdən çıxmağa qoymurlar. Hər şey alıb göndərirlər". 

Sevda Bayramova