"Bir din adamı var, illərdir adımı onunla yan-yana çəkirlər..." BRİLLİANT DADAŞOVA QƏZƏBLƏNDİ- VİDEO
    • 19-05-2020, 11:05
    • 929

"Bir din adamı var, illərdir adımı onunla yan-yana çəkirlər..." BRİLLİANT DADAŞOVA QƏZƏBLƏNDİ- VİDEO

"Bir din adamı var, illərdir adımı onunla yan-yana çəkirlər. Əvvələr dedi-qodu kimi deyirdilər. İndi hansısa "dılğır" gedib oturub xarici ölkədə və açıq-aydın danışır".

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova prodüser Tarix Əliyevin (Tolik) idarə etdiyi "Tolik ilə səmimi" verilişində deyib. O, bildirib ki, haqqında şaiyə yayılan din xadimini tanımır: "Əlimi göyə qaldırdım ki, ay allah, sənə qurban olum, bir var adamı tanıyasan, bir də var, ümumiyyətlə, tanımaysan. Məsələn, mən özüm də öz səhvlərimi tutan adamam. Deyirəm yəqin ki, nəyisə düz eləmədim və düzgün anlaşılmadım. Bir adamı tanıyasan və deyəsən ki, tanıyıram və düz hərəkət etməmişəm. Amma mən o adamı tanımıram. Allah şahiddir ki, həyatımda ona nə salam vermişəm, nə də kəlimə kəsmişəm. Nə o din xadimi ilə, nə də o tutulan Hacı Məmmədlə".

Sevda Bayramova