USD 1.7
EUR 1.8914
TRY 0.2499
RUB 0.0247
  • Bakı 25°C
  • ŞUŞA 24°C
  • GƏNCƏ 24°C
  • LƏNKƏRAN 25°C
  • ŞƏKİ 24°C
  • QUBA 26°C
  • NAXÇIVAN 26°C

Əkiz bacılar bir-birinin EYİBİNİ AÇDI - FOTO - VİDEO

ŞOU-BİZNES / Video / Foto

Mətn ölçüsü

“Hamı gözləyirdi ki, yenə saf sevgi, rahatlıq, etirafla dolu mahnı oxuyacağıq. Çox axtardıq, amma təəssüflər olsun ki, hazırda heç bir bəstəkar o hissləri yaşamır. Onun üçün də bizə o mövzuda mahnı yaza bilmədilər”.

Bu sözləri News24.az-a açıqlamasında yerli şou-biznesin əkiz bacıları Sevil və Sevinc Səfərovalar klip çəkiliş zamanı deyiblər.
Səfərovalar bildiriblər ki, mahnının müəllifi Elvin Muxtardır: “Bu aralar pozitiv mahnılara daha çox üstünlük veririk. İndi də koronavirusa aid mahnı oxumaq istəyirik”.

Əkizlər pandemiya dövrünün onlara düşərli olduğunu da bildiriblər. Belə ki, Sevinc bu zaman ərzində yemək bişirməyi öyrənib: “Mən 30 yaşıma qədər düşünürdüm ki, mətbəxdə heç bir bacarığım yoxdur. Sən demə insan istəsə, hər şeyi bacarar. Hazırda yeməklər də, şirniyyatlar da bişirə bilirəm. Ən əsası isə karantin zamanı sağlam qidalanmağı öyrəndim. 15 günə 10 kilo çəki atdım”. 

Bacılar koronavirusun mövcudluğuna inanmayanlara da səsləniblər: “Koronavirusun yoxluğuna inanmamaq bir az cahillik olar. Onun olmamağı mümkün deyil. Hazırda bütün sferalar dayanıb. Əgər varlı qazanmırsa, deməli kasıb da qazanmayaq. Həmçinin də əksinə. Azərbaycan sfreasında hər şey toya bağlıdır. Bu gün əgər toy yoxdursa deməli müğənninin, aşbazın, ofisantın, xadimələrin, salonların, avtomobil icarəsi ilə məşğul olanların işi yoxdur. Heç bir müğənni oliqarx deyil. Ona görə də pis günə sevinmək lazım deyil. Xahiş edirəm, gəlin paxıl, aqressiv olmayaq. Bir-birimizə dəstək olaq. Heç kimin pulunu saymayaq. İndi müğənnilərin də pis günüdür. Qazandığımızdan xərcləməyi də bacarmalıyıq. Təbii ki, söhbət yardımlardan gedir. Bəzilərimiz bunu ekran qarşınızda, bir çoxumuz isə kənarda edirik. Eləyəni də, eləməyini də qınayırlar. Biz nə edək?”

Sonda bacılar bir-birinin mənfi xüsusiyyətlərini açıqlayıblar. Sevil biridib ki, Sevinc tez əsəbləşir və hər şeyi tez də unudur. Sevinc isə bacısının tərs olduğunu etiraf edib. 

Teymur Məmmədov
Video: Nurlan GM

Video

Xəbəri paylaş: