"Heç kəsin artıq pulu yoxdur" - NÜŞABƏ ƏLƏSGƏRLİ
    • 19-05-2020, 17:41
    • 693

"Heç kəsin artıq pulu yoxdur" - NÜŞABƏ ƏLƏSGƏRLİ

"Alnımızın təriylə gedib üç, beş manat qazanıb evimizə gətirmişik. Gərək insan öz ehtiyatını görsün. Dar gün üçün üç, beş manat qırağa qoysun".

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli deyib. O, hazırkı maddi vəziyyəti bu cür şərh edib: "Heç kəsin artıq pulu yoxdur. Mən müəllimə kimi işləyirəm və oradan maaş alıram. Bəlkə heç bundan sonra müğənniliklə məşğul olmayacağam? Camaat necə dolanırsa, biz də elə. Hətta deyirlər ki, yayda belə toylar olmayacaq. Bunları öncədən düşünmək lazım idi. Mənim axırım necə olacaq?! Sabah qocalacağam, işləməyəcəyəm. Birdən səsim batdı, qəzaya düşdüm. Hər zaman sabahını düşünməlisən".

Sevda Bayramova