Faiq Ağayevi mədəniyyət naziri postunda gördülər -
    • 21-05-2020, 19:06
    • 1 236

Faiq Ağayevi mədəniyyət naziri postunda gördülər - "ETİMAD GÖSTƏRİBLƏR"

Əbülfəs Qarayevin mədəniyyət naziri postundan uzaqlaşdırılması dərhal sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Nazir vəzifəsində kimi görmək istədiklərini açıq şəkildə bəyan edənlər də var. Tanınmış teleaparıcı Lalə Əlimuxtarova kimi.

News24.az xəbər verir ki, aparıcı sosial şəbəkədə Xalq artisti Faiq Ağayevin fotosunu paylaşaraq onu mədəniyyət naziri görmək istədiyini bildirib: "Mən Faiq Ağayevi mədəniyyət naziri vəzifəsində görürəm. Çünki o, sözun əsl mənasinda buna layiqdir. Mədəniyyəti, dunyagöruşü və sənəti dərindən bilən bir şəxsiyyətdir. Bu, mənim şəxsi fikrimdir. Kim razıdir?".

Paylaşımla bağlı Xalq artisti Faiq Ağayev News24.az-a açıqlama verib: "Mən dövlət başçısının kadr siyasətinə müdaxilə edə bilmərəm, amma Azərbaycan mədəniyyətinə istənilən postda qulluq etməyə hazıram və bunu özümə böyük şərəf bilirəm. Dostlarım yüksək etimad göstəriblər, çox sağ olsunlar".

Sevda Bayramova