"Çox böyük səhv edib" - XƏYYAM RANARA CAVAB VERDİ
    • 22-05-2020, 10:17
    • 644

"Çox böyük səhv edib" - XƏYYAM RANARA CAVAB VERDİ

Müğənni Xəyyam Nisanov AzTV-nin bədii rəhbəri, teleaparıcı Ranar Musayevin "Söhbətsiz" verilişində onun və Zamiq Hüseynovun ünvanına dediyi sözlərə cavab verib. 

News24.az xəbər verir ki, müğənni teleaparıcını yaıan danışmaqda ittiham edib: "O videonu izlədim, Ranar ora deyir ki, kimsə ona çatdırıb. Birincisi onu demək istəyirəm ki, Ranar deyib, böyük bir səhv edib. Çünki sübutsuz bir söhbətdir. Kim ona çatdırıbsa, səhv məlumat verib. Bilmədiyi şeyləri danışmasın. Çünki Zamiq mənim dostumdur. Ona böyük hörmətim var. Və bilirəm ki, bu hörmət qarşılıqlıdır. Belə xırda söhbətə görə nə mən, nə də Zamiq söhbət etməyəcəyik. Heç ne aramızı vura bilməz!!! Ən azından ayıbdır. Bizə yaraşmaz. Ranar öz işçiləri ilə bir az da yaxın olsa, dəqiqləşdirsə, biləcək ki bu səhvdir. Kim çatdırıbsa, gəlib mənə yığıb desin. Telefonum açıqdır. Ümumiyyətlə, heç bir tədbirlərdə özüm danışmıram. Onunçün mənim prodüserlərim, köməkçilərim, səs rejissorum var. Mən Zamiqle onunla bir süfrədə otururam. O mənim dostumdur! Sonra Ranar onu da deyib ki, gedib toylarını oxusunlar filan. Biz toylarımızı gözəl oxuyuruq və oxuduğum toylarda hər şey gözəldir, yerindədir. Proqramda heç vaxt dəyişiklik olmur. Mən və Zamiqdə də belədir. Hamı da vaxtında gəlib çıxış edir".

Sevda Bayramova