Onur Tuna Ruhi Əliyevanın QONAĞI OLACAQ
    • 24-05-2020, 19:49
    • 1 062

Onur Tuna Ruhi Əliyevanın QONAĞI OLACAQ

Türkiyənin sevilən aktyoru Onur Tuna azərbaycanlı iş xanımı Ruhi Əliyevanın “İnstaqram”ında canlı yayımın qonağı olacaq. 

News24.az xəbər verir ki, sabah, yəni mayın 25-də saat 21:30-da baş tutacaq canlı yayımda iki məşhur Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə göstərilən dəstək barədə söhbət açacaqlar. Həmçinin Onur Tuna Ruhi Əliyeva ilə gələcək yaradıcılıq planlarını bölüşəcək, izləyicilərin suallarını cavablandıracaq.

Onu da bildirək ki, bu Onur Tunanın bu dövrdə ilk instagram canlısı olacaq.