"10 ilə yaxındır efirə çıxmırdım" - Flora Kərimova Murad Dadaşovdan DANIŞDI
    • 27-05-2020, 14:08
    • 1 451

"10 ilə yaxındır efirə çıxmırdım" - Flora Kərimova Murad Dadaşovdan DANIŞDI

"Zər qədrini zərgər bilər, zərgər zəri muradına yetirər. Muradımız mübarək, millətimizin Muradı mübarək, bu məkanın, mədəniyyətinin Muradı mübarək. 10 ilə yaxındır efirə çıxmırdım. Pis günün ömrü az olar deyərlər, amma nədənsə mənim pis günlərim uzun çəkdi".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycanın Xalq artisti Flora Kərimova "Xəzər" Televiziyasında yayımlanan "5də5" verilişində deyib. Müğənni bildirib ki, ağır əməliyyatdan sonra uzun müddət oxumayıb: "İndi çox qorxa-qorxa oxuyuram. Hazırda yeni mahnılar yazdırıb repertuarımı zənginləşdirirəm. O, müddət ərzində özümlə savaşdaydım və səsimi qaytarırdım. Çalışıram ki, əvvəllər hər kəsin eşitdiyi Floradan geri qalmayıb. Hələ ki, ancaq köhnə mahnıları ifa edirəm".

Xalq artisti dostluq anlamından da söhbət açıb: "Dostluq etibarlılıq deməkdir. Bu hisslərdə eqoizm, ev yıxmaq, quyu qazmaq olmamalıdır. Əsas ürəyin təmiz olmalıdır".

Sevda Bayramova