Canlı yayımda qonaq olan Aydın Xırdalanlının vəziyyəti pisləşdi - VİDEO
    • 28-09-2018, 15:51
    • 3 389

Canlı yayımda qonaq olan Aydın Xırdalanlının vəziyyəti pisləşdi - VİDEO

ATV-də Nanə Ağamalıyevanın aparıcılığı ilə yayımlanan “Şou ATV” verilişinin qonağı meyxanaçı Aydın Xırdalanlı olub.

News24.az xəbər verir ki, Hepatit C xəstəliyinə yoluxan və uzun zamandır müalicə alan A.Xırdalanlı efirdə həmkarları ilə meyxana deyib.

Lakin verilişin irəliləyən dəqiqələrində, daha dəqiq desək, reklam fasiləsindən sonra meyxanaçı proqramı tərk edib.

Nanə Ağamalıyeva söz ustasının efirdən getməsini özünü yaxşı hiss etməməsi ilə əlaqələndirib.

Teymur Məmmədov