"Kimlər gəldi, kimlər getdi bu dünyadan" - BRİLLİANT DADAŞOVA 32 İL ƏVVƏLKİ TOYUNUN VİDEOSUNU YAYIB
    • 30-05-2020, 10:43
    • 1 416

"Kimlər gəldi, kimlər getdi bu dünyadan" - BRİLLİANT DADAŞOVA 32 İL ƏVVƏLKİ TOYUNUN VİDEOSUNU YAYIB

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə marağa səbəb olan video paylaşıb.

News24.az xəbər verir ki, o, 32 il öncə toyundan lentə alınan video görüntüləri yayımlayıb və bu sözləri yazıb: "30 May 1988 - Bu gün evliliyimizin 32 ili tamam olur. Hamı elə bilir ki, bu illər ərzində Ədalət mənim kaprizlərimə dözüb, amma bizi yaxından tanıyanlar yaxşı bilirlər ki, əksinə onun xasiyyəti daha çətindir. Dostlarımızla bölüşmək istədim. Burada kimlər var... Fani dünya... Kimlər gəldi, kimlər getdi bu dünyadan".

Sevda Bayramova