"Bir daha ana olmaq İSTƏMİRƏM" - ZÜMRÜD BƏDƏLOVA HAQDA BİLMƏDİKLƏRİNİZ - VİDEOMÜSAHİBƏ

"Bir daha ana olmaq İSTƏMİRƏM" - ZÜMRÜD BƏDƏLOVA HAQDA BİLMƏDİKLƏRİNİZ  - VİDEOMÜSAHİBƏ
ŞOU-BİZNES / MÜSAHİBƏ / Video

05 iyun 2020, 17:59

Mətn ölçüsü

O, gülərüz, əyləncəli, amma ara-sıra əsəbiləşən, sözünü də deməyi bacaran məşhur simadır. Hələ 17 yaşında ikən şirin-şıltaqlığı ilə Azad Azərbaycan Televiziyasında tamaşaçıların qarşısına çıxan teleaparıcı, bir müddət sonra ekranla vidaşlaşdı. Bunun səbəbi isə onun ailə həyatı qurması idi. Söhbət, aparıcı Zümrüd Bədəlovadan gedir. Daha sonra xanım aparıcı 10 il fasilə verib yenidən efirə qayıtdı. Hazırda isə Xəzər TV-də çalışan iki verilişin simasıdır. Bununla yanaşı Zümrüd Bədəlova aktrisalıqla da məşğuldur. 


Bu gün Zümrüd Bədəlova News24.az kamerasının önünə keçdi, amma tək yox. Gözünün ağı-qarası olan bircə qızı Ləmanla birgə. Müsahiblərimizlə söhbət əsnasında bir çox maraqlı məqamlara toxunulub. Televiziyanın, bilavasitə teleaparıcıların indiki vəziyyətindən, tanınmışlar arasında yaranan qalmaqallardan, açıq-saçıq geyimlərdən və nələr, nələr... Hətta söhbət əsnasında bilindi ki, sən demə Ləmanın tanınmış insanın nəvəsi olan bir bacısı da var imiş: "Qızımın bacısı ilə görüşməsini özüm istəmişəm və şəxsən mən şərait yaratmışam. Qərarım ətrafdakı insanlar tərəfindən o qədər də müsbət qarşılanmadı. Amma bu ən düzgün qərardır və belə də olmalıdır". 


Daha ətraflı News24.az-ın təqdim etdiyi videoreportajda:

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov

YouTube