"Mahnımı oxuduğuna görə..." - NURİ NAVAİDƏN DANIŞDI - VİDEO

"Mahnımı oxuduğuna görə..." - NURİ NAVAİDƏN DANIŞDI - VİDEO
ŞOU-BİZNES

29 iyun 2020, 15:05

Mətn ölçüsü

Xəbər verdiyimiz kimi, əslən azərbaycanlı olan və Rusiyada fəaliyyət göstərən "Navai" ləqəbi ilə tanınan müğənni Nəvai Bəkirov Nuri Sərinləndiricinin "Darıxdım" mahnısını oxuyub.

İfa ilə bağlı News24.az-la fikirlərini bölüşən Nuri, Navainin ifasındakı səsləndirməni çox bəyəndiyini vurğulayıb: "İnanırsınız ki, ifanı elə az öncə sizin səhifədə gördüm. Mənim üçün çox xoş oldu. Nəvai çox istedadlı ifaçıdır, dostluğumuz da var. Uğurlarının davamı gəlsin. Məncə, çox yaxşı da alınıb. Gələcəkdə də mənim mahnılarımı oxuya bilər (gülür). Bu arada "Xəzər" Televiziyasının rəhbəri, Xalq artisti Murad Dadaşovu, eyni zamanda aktyor Elşən Orucovu, yəni "Fəlakət"i gözəl və maraqlı layihəyə görə təbrik edirəm".

Qeyd edək ki, Nuri Sərinləndirici bu gün doğum gününü qeyd edir. 

Sevda Bayramova

Instagram