"Ömür boyu sizin kimilərlə müharibə aparacam" - PƏRVİN ABIYEVA - FOTO

"Ömür boyu sizin kimilərlə müharibə aparacam" - PƏRVİN ABIYEVA - FOTO
ŞOU-BİZNES

29 iyun 2020, 16:22

Mətn ölçüsü

Aktrisa Pərvin Abıyevanın sosial şəbəkədə paylaşdığı son fotosu müzakirələrə səbəb olub.

News24.az xəbər verir ki, Pərvinin yayımladığı fotoda xüsusilə də geyim məsələsi diqqət çəkib. Çünki geyimin üzərində narıncı və göy rənglər əks olunub. İzləyicilər isə bunu Ermənistan bayrağının rəngləri olduğunu zənn edib aktrisanı tənqid atəşinə tutublar. Abıyeva tənqidlərə bu cür reaksiya verib: "Nə qədər qəlbi qara insanlarsınız ki, şəkilə baxan kimi pis nəyisə görürsünüz. Sizin bəyəniniz belə iyrənc gəlir. Mən nə bu paltarı geyinəndə, nə də şəkili paylaşanda, bu detalı ağlıma belə gətirməmişdim. Çünki, bu məni bəzilərinizdən fərqləndirən cəhətdi. Mən gözəl şeyləri görürəm, sizlər isə pisini. Çünki, qəllbiniz, həyatınız belədir. Məni hər şeydə günahlandıra bilərsiniz, amma belə iyrənc bir şeydə yox. Ömür boyu sizin kimilərlə müharibə aparacağam. Belədə ki, orda o üzdən iraq millətin bayrağı yoxdur".

Sevda Bayramova