Əməkdar artistin bacısı koronavirusa YOLUXDU

Əməkdar artistin bacısı koronavirusa YOLUXDU
ŞOU-BİZNES

04 iyul 2020, 14:02

Mətn ölçüsü

“Koronavirus bizim ailədən də yan keçmədi. Bacım virusa yoluxub, indi ev şəraitində müalicə alır".

News24.az xəbər verir ki, bunu Əməkdar artist Gülüstan Əliyeva sosial şəbəkədə yazıb. 

Müğənni bacısına görə narahat olduğunu bildirib: "Bacımın vəziyyəti əvvəl ağır idi, indi bir az düzəlib. Evdə müalicələrini davam etdirir. Neçə vaxtdır ki, başımız ona qarışıb. Mən özüm də qorunuram. Tibbi maska taxıram, əlcək geyirəm. Spirt həmişə çantamda olur. Doğrudur, bacımın koronavirusa yoluxması əhvalımıza təsir edib. Amma son günlər sağalma müşahidə edilir, bu səbəbdən tezliklə əvvəlki vəziyyətə qayıdacağına ümid edirik".

Sevda Bayramova