Günellə Tolik arasında ad günü QALMAQALI: “Mənim statusum...” - FOTOLAR
    • 3-10-2018, 12:00
    • 1 785

Günellə Tolik arasında ad günü QALMAQALI: “Mənim statusum...” - FOTOLAR

Müğənni Günel Ələkbərova özünə çal-çağırlı ad günü edib.

News24.az xəbər verir ki, məclisə dəvət olunanlar arasında tanınmış prodüser Tarix Əliyev də olub.

Lakin prodüser ad gününə qatılmaqdan imtina edib. Statusunu qoruduğunu ehyam vuran T.Əliyev bu barədə ad günündən instagram vasitəsilə edilən canlı yayımda yazıb.

G.Ələkbərova sözügedən yazışmanı şəxsi instagram hesabında paylaşaraq bunları yazıb:

“Sənə zəng etdim cavab vermədin. Məni statusu yazmağa məcbur etdin. Mənə yaxşı qulaq as. Bununla artıq ikinci dəfədir ki, mənə söz atırsan. Məni bəziləri ilə səhv salma. Mənim heç kimin yanında artıq-əskik işim olmayıb. O cümlədən də sənin...

Hər zaman insanları olduğu kimi qəbul edib, onlara hörmətlə yanaşmışam. Amma mənə qarşı çaşanları susdurmağa qadir biriyəm. Bunu sən yaxşı bilirsən. Yazdığın bu şərhlərdən görünür ki, məclisimə gələn qonaqlar sənin üçün çox maraqlı olub.

Vaxtını bu şərhləri yazmağa həsr etmisən. Son olaraq deyirəm mənə ilişmə. Düşünmə ki, yazdıqlarım reklam üçündür. Zəngimə cavab verməməklə məcbur etdin”.

Prodüserin də ifaçıya cavabı gecikməyib. T.Əliyev Günel Ələkbərovanın paylaşımının altına bu şərhi yazıb:

"Günel, bəlkə ağıllı olasan? Mən yatıram sənin kimi orada-burada olmuram dostlarımla. Səhər 7-də dururam. Belədə ki, həmişə ad günümə gəlmisən yeri gələndə hədiyyəni də qəbul eləməmişəm. Amma mən elə məclislərə getmirəm. İncisən də budur, inciməsəndə..."