"Sən tayı-bərabəri olmayan qadınsan..." - BƏHRAM BAĞIRZADƏ

"Sən tayı-bərabəri olmayan qadınsan..." - BƏHRAM BAĞIRZADƏ
ŞOU-BİZNES / MƏDƏNİYYƏT

29 iyul 2020, 11:02

Mətn ölçüsü

Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə həyat yoldaşı Şəhla Bağırzadə ilə birgə fotosunu paylaşıb.

News24.az xəbər verir ki, aktyor xanımına çətin günlərində yanında olduğu üçün təşəkkür edib: "Dəqiqələrdən asılı olan həyatımı saatlara, günlərə, həftələrə, hətta Allahın izni ilə illərə çevirdin. Məhz sənin sevən qəlbin uğursuzluğu ilk hiss etdi və məni qorudu. Mənim qoruyucu mələyim oldun, mümkünsüzü mümkün etdin. Tanrıya və taleyimə sənin kimi gözəl hədiyyəni verdiyi üçün təşəkkür edirəm. Çox şeylər yaşadıq və çətinliklərin öhdəsindən gəldik. Amma sənin sevginin gücü məni dünyanın ən xoşbəxt kişisi etdi. Çünki hər kəsə bu cür gücə və özəlliyə sahib olan həyat yoldaşı sahib olmur. Sən tayı-bərabəri olmayan qadınsan. Həyatımın mənası, ürəyimin döyüntüsünün səbəbkarısan. Bilmirəm, sənə eyni şeyləri yaşada biləcəm, amma buna çox çalışacam".