"O vicdansız məxluq öz cəzasını alacaq..." - SAMİR PİRİYEV

"O vicdansız məxluq öz cəzasını alacaq..." - SAMİR PİRİYEV
ŞOU-BİZNES

12 avqust 2020, 10:40

Mətn ölçüsü

Xəbər verdiyimiz kimi, bir müddət öncə özünü müğənni Samir Piriyevin sevgilisi kimi təqdim edən qadın, ifaçının evinə gedib və həyat yoldaşı Anaraya hücum edərək ona xəsarət yetirib. 

News24.az xəbər verir ki, bütün bu hadisələrdən sonra müğənni Anara ilə barışdığını bildirib: "Düzdür, bizi ayırmaq istədilər. Hətta 10 ildə çoxları çalışdı ki, bizi ayırsın. Amma təəssüf, ayrılığımıza sevinənləri üzəcəyik. Biz ayrılmamışıq! İnşallah, bir ömürboyu ayrılmarıq. Səhvsiz insan yoxdur, mən xəyanətin yox, sadəcə bir mərdimazarın şantajının qurbanı oldum. Ümid edirəm ki, o vicdansız məxluq öz cəzasını qanunla alacaq. Mən isə xoşbəxtəm. Ona görə ki, həyatımda Anara kimi yoldaşım, üç gözəl balam və ailəm var".

Qeyd edək ki, Samirin Anara ilə evlilikdən iki, ilk nikahından isə bir övladı var. 

Sevda Bayramova