"Kişidir ona hər şey olar" - Aysellə Oktayın boşanmasında adı hallanan MODEL

"Kişidir ona hər şey olar" - Aysellə Oktayın boşanmasında adı hallanan MODEL
ŞOU-BİZNES

12 avqust 2020, 10:46

Mətn ölçüsü

Boşanma ərəfəsində olan Aysel Oktay cütlüyündən yeni xəbər var.

News24.az xəbər verir ki, cütlüyün ayrılmasında adı hallanan model Könül sosial şəbəkədə hər kəsə cavab verib: "Dəyərli izləyicilər, bu barədə danışmağı özümə borc bilirəm. Neçə ildi ki, bu sferadayam. Heç kimlə adım belə hallanmayıb. Məni tanıyan tanıyır. Necə biri olduğumu bilir. Mən hər zaman qadının yanında olmuşam. Bu gün bir daha onu anladım ki, qadının düşməni belə qadındır. bu sözləri ürəyimdə qalmasın deyə yazıram. Bu vaxta qədər heç kimlə gündəmə gəlməmişəm. Bu məsələ ilə yaxından uzaqdan əlaqəm yoxdur. İnsanlar bilib bilmədən yarğılamağı, linç etməyi o qədər gözəl bacarır ki, söz tapa bilmirəm. Kimsə sizə yazırsa "bu sizin günahınızdır" deməkdən vaz keçin. Xəyanət edən kişiləri müdafiə etməkdən vaz keçin. "Kişidir ona hər şey olar" deməkdən vaz keçin. Kişini qadından üstün tutmaqdan vaz keçin".

Sevda Bayramova