"O gecə Mehriban xanım yardım əlini uzatmasaydı..." - 48 yaşını qeyd edən Bəhram Bağırzadə DANIŞDI - VİDEO

"O gecə Mehriban xanım yardım əlini uzatmasaydı..." - 48 yaşını qeyd edən Bəhram Bağırzadə DANIŞDI  - VİDEO
ŞOU-BİZNES / MƏDƏNİYYƏT

04 sentyabr 2020, 14:22

Mətn ölçüsü

Əfsanəvi "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubu komandasının üzvi, aktyor, publisist, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə bu gün 48 yaşını qeyd edir. Geridə qoyduğu 47 yaş onun üçün asan olmadı. Koronavirus bəlasının ən ağır formasından sağalan Bəhram Bağırzadə indi dünyaya tamamilə fərqli gözlərlə baxır. 

"Baxmayaraq ki, bu gün 48 yaşım tamam olur, amma mən özümü 18 yaşlı gənc oğlan kimi hiss edirəm. Fiziki tərəfdən 40 ola bilər, daxili ruhum hər zaman 18 qalacaq. Hazırda özümü yaxşı hiss edirəm, gələcəkdə bu sualı əlayam deyə cavablanadırmaq istəyirəm". 

Bu sözləri News24.az-a açıqlamasında Əməkdar artist Bəhram Bağırzadə deyib. Aktyor bildirib ki, artıq 12 ildir doğum gününü keçirmir: "Atamı itirəndən sonra heç vaxt doğum günümü qeyd etmirəm. Axşam ailəmizlə birgə oturacağam. Əgər Allah qismət etsə, bəlkə 50 illik yubileyimi keçirdim. İlk təbrikimi hər zamankı kimi anamdan aldım, daha sonra övladlarım və həyat yoldaşımdan. Yeni yaşımda özümə və xalqıma sağlam həyat arzu edirəm. Milliyətindən asılı olmayaraq Azərbaycan ərazisində yaşayan hər kəsə can sağlığı arzulayıram. Biz  sağlam olsaq, heç kim bizə qalib gələ bilməz. Həyatımızda karantinlər, Covidlər olmasın".

Əməkdar artist reanimasiyada olduğu müddət ona dəstək olub, dua edənlərə təşəkkürünü də bildirib: "Sizin sayt vasitəsilə hər kəsə dərin minnətdarlığımı bildirirəm. Allah hər kəsin duasını qəbul eləsin, balalarını saxlasın, qorusun. Anam, bacım, həyat yoldaşım, övladlarım, sinif yoldaşlarım, məhlə uşaqlarım, KVN-çilər, tanıyan və tanımayan hər biri dua etdi. Başda Mehriban xanım Əliyeva olmaqla, hər kəsə təşəkkürümü bildirirəm. Çünki Mehriban xanım o gecə qərar verməsəydi və yardım əlini uzatmasaydı, bəlkə də mən indi sizinlə ünsiyyətdə ola bilməzdim".

P.S. Ağır xəstəlikdən sonra ilk dəfə "Bakılı oğlan"ımızın səsini eşitdik. Bu gün onu çox yormamağa çalışdıq, amma Bəhram Bağırzadənin doğma səsini sizə təqdim etməyi özümüzə borc bildik. 

Sevda Bayramova


YouTube