Lalə Azərtaş "Xəzər"ə keçdi? - AÇIQLAMA

Lalə Azərtaş "Xəzər"ə keçdi? - AÇIQLAMA
ŞOU-BİZNES

07 sentyabr 2020, 14:21

Mətn ölçüsü

Səhər saatlarından məşhur teleaparıcı Lalə Azərtaş haqda xəbərlər yayılıb. Deyilənlərə görə, Azərtaş Azad Azərbaycan Televiziyasından ayrılaraq qonşu kanal "Xəzər" Televiziyasında çalışmağa başlayacaq.

Məsələylə bağlı News24.az-a açıqlama verən teleaparıcı xəbəri təqzib edib: "Murad Dadaşov rəhbər təyin olunan gündən bu yana biz hər zaman müxtəlif planlar haqda danışmışıq, amma hələ ki, dəqiq bir şey yoxdur. Ora keçməyim istisna deyil. Əgər, elə bir qərar olsa özüm açıqlama verəcəyəm, amma hələ ki, ATV-nin əməkdaşı olaraq işimi davam etdirirəm".

Sevda Bayramova

Instagram