Sevda 7 ay axtardığı "Ağlarsan"ı təqdim etdi - VİDEO
    • 8-10-2018, 17:53
    • 1 872

Sevda 7 ay axtardığı "Ağlarsan"ı təqdim etdi - VİDEO

Müğənni Sevda Yahyayeva yeni klipi üçün kamera qarşısına keçib. 

Axşam.az-ın məlumatına görə, sənətçi "Ağlarsan" mahnısına çəkilən ekran işini bu gün təqdim edib. Mahnının sözləri və musiqi Murad Aslana aiddir. 

Klipin rejissor işi Samirə Avcıya həvalə olunub. Sevdanın klipidəki stili üzərində Elnur Həsənov çalışıb. 

Yahyayeva bildirib ki, mahnını çox sevib və 7 aydır belə bir bəstə axtarışında imiş. Sənətçi klip çəkilişi zamanı fotosessiya da etdirib. Sevda fərqli obrazda obyektiv qarşısına keçib. O, yeni şəkillərində sərt xanım obrazı yaradıb. Müğənni fotosessiyasını yaxın günlərdə pərəstişkarlarının ixtiyarına verəcək.