Azərbaycanın "Eurovision-2021"-də iştirakı TƏSDİQLƏNDİ

Azərbaycanın "Eurovision-2021"-də iştirakı TƏSDİQLƏNDİ
ŞOU-BİZNES

18 sentyabr 2020, 10:28

Mətn ölçüsü

Azərbaycanın "Eurovision-2021" mahnı müsabiqəsində iştirakı təsdiqlənib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Aynurə Asimqızının News24.az-a verdiyi məlumata əsasən, gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib. 18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq "Eurovision-2021" mahnı müsabiqəsində ölkəmizi Efendi təmsil edəcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan "Eurovision"un Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur. 

"Eurovision-2021" mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur. 

Sevda Bayramova