"Yıxılsan tutaram" - Eldar - VİDEO

"Yıxılsan tutaram" - Eldar - VİDEO
ŞOU-BİZNES / Video

19 sentyabr 2020, 12:16

Mətn ölçüsü

Mügənni, "Eurovision 2011"in qalibi Eldar Qasımov yeni «Catch If You Fall» («Yıxılsan Tutaram») adlı mahnısını təqdim edib.

News24.az xəbər verir ki, sinqılın müəllifləri Eldar Qasımov (söz), Fərhad Musayev, Eldar Qasımov, Ömər Əbdülkərimovdur (musiqi).

Mix&Mastering Fərhad Musayevə aiddir. Mahnı indiki zamanda, müasir musiqi sevənlərinin və  bütün nəsillərin sevimli üslubları sayılan Emotional Pop və Swedish Pop-da yazılıb.   

Mahnı cismi və ruhi çətinliklərə qalib gəlmək üçün uzadılmış kömək əli haqqındadır. Mahnıda, ifaçı, yaxınları, doğmaları üçün, onların şikəst və yaralı vücudlarına, ruhlarına məlhəm olmaq uğrunda mübarizə etmək istəyindən, iradəsindən bəhs edir.

Mahnıda “I’ll catch if you fall, I’m there for you” – «yıxılsan tutaram səni, sənin üçün burdayam» misraları ümidvericidir.

Qeyd edək ki, mahnı əvvəlcə Eurovision 2020’də Azərbaycanı təmsil etmək üçün özəl hazırlanıb və ümumi yazılan mahnıların mübarizə apardığı səsvermədə Top 5-ə qədər yüksəlməyi bacarıb.

Mahnının Eldarın ifasında olanından fərqli olaraq, ilkin "Eurovision" üçün olan versiyasında milli musiqi alətimiz balabandan da istifadə olunub.

“Problemlərə göz bağlayıb, özünü bilməməzliyə vurmaq çox asandır. Bəsid və qorxaqcasına. Bizim köməyimizə, bir kəlməmizə, işimizə ehtiyac duyan o qədər insan var ki, istəyirəm hər birimizdə, həyatda heç olmasa bircə dəfə, kiməsə ürəkdən kömək etmək üçün yetərincə güc və imkan olsun” – deyə müğənni mahnısına şərh verib.

Klip haqda:

“Catch If You Fall” musiqili klipi ACTION janrında çəkilib. Klip, cavan qızı narkotik asılılıqdan və təhlükəli əlaqələr mühitindən xilas etməyə var gücü ilə şalışan oğlanın hekayəsi haqqındadır. Bakının 4 müxtəlif lokasiyasında çəkilmişdir. Rejissor və ssenari müəllifləri: Qənbər Məmmədov, Ömər Əbdülkərimovdur. Baş rollarda: Eldar, Oxçu Şahmuradov, Marina Dar çəkilib".

YouTube