49 yaşlı müğənni evində ölü tapıldı

49 yaşlı müğənni evində ölü tapıldı Şou

"Crazy Town" qrupunun solisti Set Binzer vəfat edib.

News24.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı 49 yaşında dünyasını dəyişib. Set Los-Ancelesdəki evində ölü tapılıb. Onun ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, qrup "Kəpənək" mahnısı ilə tanınır. Mahnı 2000-ci ilin noyabrında çıxıb. "Billboard Hot" 100 cədvəlində birinci nömrəyə çatıb.

Set Binzer həmçinin "Clifford" və "Shark Hunters" da daxil olmaqla bir sıra film və seriallarda rol alıb.