Fəxrəddin Manafovun səhhəti ilə BAĞLI AÇIQLAMA

Fəxrəddin Manafovun səhhəti ilə BAĞLI AÇIQLAMA
ŞOU-BİZNES / MƏDƏNİYYƏT

25 sentyabr 2020, 12:00

Mətn ölçüsü

Xalq artisti Fəxrəddin Manafov ötən gün gecə saatlarında Mərkəzi Klinikaya aparılıb. O, böyrək ağırısından əziyyət çəkdiyi üçün həkimə müraciət edib. İlkin müayinə və müalicədən sonra aktyor evə buraxılıb.

Aktyorun həyat yoldaşı Vahidə Manafova Xalq artistinin hazırkı vəziyyəti ilə bağlı News24.az-a açıqlama verib: "Ötən gecə ağrıları çox olduğu səbəbindən evimizə yaxın xəstəxanaya getdi. Hazırda ağrıkəsici qəbul etdiyinə görə yatır, telefonlara cavab verə bilmir. Böyrək daşı var və ağrılar ondan qaynaqlanır".
 
Sevda Bayramova