“Kəndlərimizin alındığını eşidəndə ağladım” - 60 YAŞLI XALQ ARTİSTİ - VİDEOMÜSAHİBƏ

“Kəndlərimizin alındığını eşidəndə ağladım” - 60 YAŞLI XALQ ARTİSTİ - VİDEOMÜSAHİBƏ
ŞOU-BİZNES / MÜSAHİBƏ / MƏDƏNİYYƏT / Video

01 oktyabr 2020, 18:16

Mətn ölçüsü

Bu gün Azərbaycanın Xalq artisti, sevilən sənətkar Mənsum İbrahimovun doğum günüdür. 


Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Ağdamın İmamqulubəyli kəndində anadan olub. 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni Maarif" fakültəsində təhsil alıb. 1985-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülüb. Şövkət Ələkbərovanın məsləhəti ilə Akademik Opera və Balet Teatrına dəvət olunub. 1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu oynayır. Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoysa da, hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. "Leyli və Məcnun" operasında Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı partiyalarını oynayıb. Opera səhnəsindəki fəaliyyəti ilə bərabər həm də xalq və bəstəkar mahnıları, muğamların gözəl ifaçısıdır. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir. Azərbaycan Milli Konservatoriyasında və nəzdində fəaliyyət göstərən Musiqi kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir. Yetirmələri Azərbaycanda keçirilən muğam müsabiqələrində uğurla çıxış edirlər. 1998-ci ildə əməkdar, 2005-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb. 2010-cu ildə Azərbaycan prezidentinin  sərəncamına əsasən Şöhrət ordeni ilə təltif olunub. 2012, 2014 və 2015-ci ildə Prezident Mükafatına layiq görülüb. Azərbaycan Milli Konservatoriyasının professorudur.

Onunla çox gözəl gündə həmsöhbət olduq. Azərbaycan Ordusunun tarix yazdığı gün - 27 oktyabrda. O gün ki, şanlı ordumuz Qarabağın illərlə işğal altında olan bir neçə kəndini azad etdi. Həmin gün biz də sevincliydik, sənətkar da. Bu üzdən də söhbətimizin əvvəli də, sonu da Vətəndən, Qarabağdan oldu.


News24.az olaraq biz də Xalq artistimizə can sağlığı, yaradıcılığında yeni uğurlar arzu edirik.

Sevda Bayramova
VİDEO - FOTO: Nurlan GM


YouTube