Xatirə də bezdi: "Artıq qərarımı verdim"
    • 14-10-2018, 11:58
    • 1 074

Xatirə də bezdi: "Artıq qərarımı verdim"

Müğənni Xatirə İslam instagram hesabı ilə bağlı yeni qərar qəbul edib. 

News24.az xəbər verir ki, ifaçı paylaşımlarına yazılan reklam şərhlərdən bezib:

"İzləyicilərimi çox sevirəm, amma artıq qərarımı verdim. İnstagramda şərh bğlməsini bağlı elan edirəm. Səbəbi isə artıq dərəcədə reklam şərhlərinin yazılmasıdır. Biz özümüz də bəzən reklam edirik. Bu da lazımdır. Çünki tanınmışların səhifələri daha çox izlənir və kiçik biznei olanlanlar bundan yararlanmaq istəyir. Lakin şərhlər həmin reklamı effektsiz edir".