"Dost-düşmən baxır, ayıbdır!" - MURAD ARİF

"Dost-düşmən baxır, ayıbdır!" - MURAD ARİF
ŞOU-BİZNES

30 noyabr 2020, 11:17

Mətn ölçüsü

Müğənni-bəstəkar Murad Arifin sosial şəbəkədə yazdığı statusu diqqət çəkib.

News24.az xəbər verir ki, o, paylaşımında Milli Televiziya və Radio Şurasına səslənib: "MTRŞ, ya müğənni çağırmaq, əyləndirmək və şənləndirmək icazəsini bu ölkədə iki-üç kanala ver. Qalanları kino, xəbər, serial, təbiət, cizgi-film, debat, tarix dərsi göstərsin ancaq... Dost-düşmən baxır, ayıbdır!
Bu yeknəsək, müğənnili, divanlı "şəngülüm" verilişlər tükənmədi? Müğənnilər klip çəksin, konsertlərdə oxusun, maqazin verilişlərində görünsün. Hər mövzuda "hökmən müğənni də gəlsin" formatı 2021-ci il üçün yaramır axı. İndicə çox pis verilişə baxdım.. İştirakçılar, mədəni səviyyə, yumorun səviyyəsi, danışıq qabiliyyəti, guya vətənpərvərlik söhbətləri... Xaos, fars, dəxlisizlik... O qədər pis idi ki..."

Sevda Bayramova