35 il sonra "Hər şey gözəldir həyatda" - VİDEO

35 il sonra "Hər şey gözəldir həyatda" - VİDEO
ŞOU-BİZNES / MƏDƏNİYYƏT / Video

30 noyabr 2020, 11:24

Mətn ölçüsü

Akif İslamzadə və Xalq artisti Brilliant Dadaşovanın 35 il öncə ifa etdikləri mahnıya yeni klip çəkilib.

News24.az xəbər verir ki, musiqisi Cavanşir Quliyev, sözləri Arif Abdullazadəyə aid "Hər şey gözəldir həyatda" adlı musiqi əsəri yenidən aranjeman edilərək geniş auditoriyaya təqdim edilib.  

Xatırladaq ki, Brilliant Dadaşova üçün özəl xatirəsi olan bu mahnı onun böyük səhnədəki ilk ifalarından sayıla bilər. Belə ki, hələ 1985-ci ildə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə çıxan sənətçinin Akif İslamzadə ilə bu dueti Azərbaycanda çox böyük marağa səbəb olub.

Sevda Bayramova


YouTube