"Toppuş bacı" xərçəngdən SAĞALDI

"Toppuş bacı" xərçəngdən SAĞALDI
ŞOU-BİZNES

05 dekabr 2020, 16:41

Mətn ölçüsü

Əməkdar artist Tünzalə Əliyeva xərçəngdən sağalıb.

News24.az xəbər verir ki, bu barədə aktrisa "İnstagram"da yazıb: "Əziz dostlar, siz mənə gözəl sözlər və dualar yazırdız. Mən hamısını oxuyurdum. Allah hamınızdan razı olsun. Çünki dualarınız qəbul olunub. Demək istəyirəm ki, iki gün öncə aldığım analiz cavablarına görə törəmə və metaztaz yoxdur. Bu o deməkdir ki, mən xəstəlikdən qurtuldum".

Sevda Bayramova