“Onu parodiya edəndə əsirdi” - Könül Kərimovadan neqativlik alan əməkdar artist - VİDEO
    • 18-10-2018, 13:05
    • 882

“Onu parodiya edəndə əsirdi” - Könül Kərimovadan neqativlik alan əməkdar artist - VİDEO

“Bu Şəhərdə” komandasının üzvlərindən biri, əməkdar artist Coşqun Rəhimov parodiya edərkən ən çox neqativ enerji aldığı məşhurdan danışıb:

Arb Tv News24.az-a xəbər verir ki, “Könül Kərimova eşidəndə ki, biz onu parodiya edəcəyik, zəng elətdirdi, Cabbar müəllimi göndərdi. 

Bizdən xahiş etdi ki, xətirə dəyən bir şey olmasın, Könül xanım özünü pis hiss edir. Biz and aman etdik ki, neqativ bir şey yoxdur. Könül xanımın həm sənətinə, həm də özünə böyük hörmətimiz var. Sadəcə bu toy adamı olduğuna görə və yerinə düşdüyünə görə, özünü Şakira ilə müqayisə etdiyinə görə, maqazin verilişlərində çox populyar idi.

Güc-bəla konsertə də gəldi, oturdu. Makiajsız, şubada, eynək də gözündə gəldi ki, onu tanımasınlar. Obrazına baxırdı, əsirdi. Onu parodia edən aktyor, yəni mən, onun reaksiyasına baxıb, oynamaq istəyir. O qədər negativ verdi ki, obraz alınmadı”.