Sibel Can və Tarkandan sonra Nura - VİDEO
    • 19-10-2018, 10:18
    • 1 332

Sibel Can və Tarkandan sonra Nura - VİDEO

Müğənni Nura Suri yeni mahnısı ilə sosial şəbəkədə gündəmə gəlib.

News24.az xəbər verir ki, buna isə onun artıq iki dəfə ifa edilmiş mahnıya müraciət etməsi səbəb olub.

Belə ki, sənətçi sözü və musiqisi Nazan Öncelə aid olan "Yalnızlar treni" (Tənhalar qatarı) mahnısını üçüncü dəfə oxuyub.

Bildirək ki, ilk dəfə türkiyəli məşhur ifaçı Sibel Can tərəfindən oxunan mahnını, daha sonra cari ilin yay aylarında "Ve Nazan Öncel şarkıları" albomunda Tarkan ifa edib.

Hər iki müğənninin ifası uğurlu alınıb və yetərincə dinləyici kütləsi toplayıb.

Surinin mahnını ifa etməsinə səbəb onun yeni versiyasını çox bəyənməsidir.

Qeyd edək ki, mahnının aranjimanı Osman Həmidova aiddir.

Bəstə Nura Surinin rəsmi "Youtube" kanalında təqdim olunub. "Cover" fotonunun müəllifi isə fotoqraf Niko Abbasovdur.