Rəmişin son vəziyyəti: "XƏSTƏXANAYA..."

Rəmişin son vəziyyəti:
ŞOU-BİZNES / MƏDƏNİYYƏT

12 yanvar 2021, 12:13

Mətn ölçüsü

"Allaha şükür Rəmiş özünü normal hiss edir. Düzdür, bir az nasazlığı var. O da ki normal haldır. Rəmişin 77 yaşı var".

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Rəmişin həyat yoldaşı Gülü xanım deyib.

O, bildirib ki, sənətçinin vəziyyəti hazırda qənaətbəxşdir: "Xəstəxanaya yerləşdirilməyib, evdədir. Çox yorulanda uzanır, amma arada hərəkət də edir. Yəni, vəziyyəti elə də ağır deyil. Yaşlı insandır, xəstələnə bilər. Bu, normaldır".

Qeyd edək ki, bir müddət öncə Xalq artistinin koronavirusa yoluxduğu, daha sonra isə vəfat etdiyi haqda xəbərlər yayılıb.

Sevda Bayramova