"5500 manat cəriməm yığılıb..." - ELZA ZAURDAN KÖMƏK İSTƏDİ

"5500 manat cəriməm yığılıb..." - ELZA ZAURDAN KÖMƏK İSTƏDİ Şou
Əməkdar artist Elza Seyidcahan Azad Azərbaycan Televiziyasında yayımlanan "Bizimləsən" verilişinin qonağı olub.

News24.az xəbər verir ki, çətin vəziyyətdə olan sənətçi proqramın aparıcısısından kömək istəyib: "Proqrama taksi ilə gəlmişəm. Avtomobilim cərimə meydançasındadır. Tıxaclarda oluruq, dövlət tədbirləri, konsertlərə çatmaq istəyirik. O zaman polis əməkdaşları bizə kömək göstərir. Lakin radar bizə güzəşt etmir, yazır. Sığortaya da getməmişəm, faizlər gəlib. 5500 manat cəriməm yığılıb, 3 min ödəmişəm. Yerdə qalanı da Zaur Baxşəliyev həll etsin. Zaur dədə".

Sevda Bayramova