"Həyat yoldaşım mənə aldığı avtomobili başqa qadına bağışladı..." - FLORA KƏRİMOVA - VİDEO

"Həyat yoldaşım mənə aldığı avtomobili başqa qadına bağışladı..." - FLORA KƏRİMOVA - VİDEO
ŞOU-BİZNES / Video

14 yanvar 2021, 10:44

Mətn ölçüsü

"Rəhmətlik mənə həmişə çox bahalı zinət əşyaları gətirirdi, qəbul etmirdim. Avtomobil hədiyyə etdi, açarı təqdim elədi. İki gün avtomobil həyətdə qaldı. Üçüncü gün bizə gələndə Faiqə dedim ki, ya açarı aparırsan, ya da həyətə atacam. Açarı həyətə atdım, məni çox təhqir etdi".

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova ARB TV-də yayımlanan "Onun sirri" verişində deyib. O, bildirib ki, həyat yoldaşı ona aldığı hədiyyəni başqa qadına bağışlayıb: "Sonra götürdü maşını. Kimə bağışlayasa yaxşıdır? Elə bir qadına bağışladı ki...Hər zaman əl-ayağıma dolaşan adam idi. O da atalığı öləndə satdı, ona baş daşı qoydurdu".

Xalq artisti daha sonra aparıcının "İhamə Quliyevadır?" sualına "Ölənin dalınca danışmazlar" - deyə, cavab verib.

Sevda Bayramova

YouTube