"Allah sənin günahlarını bağışlasın..." - NAMİQ QARAÇUXURLU

"Allah sənin günahlarını bağışlasın..." - NAMİQ QARAÇUXURLU
ŞOU-BİZNES

14 yanvar 2021, 15:47

Mətn ölçüsü

Meyxanaçı Namiq Qaraçuxurlunun sosial şəbəkədəki paylaşımı marağa səbəb olub.

News24.az
xəbər verir ki, sənətçi mərhum meyxanaçı Aydın Xırdalanlı ilə bağlı gördüyü yuxusunu bölüşüb: "Gecə səhərə qədər Aydın  yuxumdan çıxmayıb... Bir az yaxşılaşmışdı. Əhvalı yaxşı idi, gülürdü, bir az da kökəlmişdi. Saatlarla ona həvəsləndirici sözlər dedim, bəzən ixtiyarsız gözümdən yaş gəlirdi, ondan gizlətməyə çalışırdım. Amma hiss edirdim görür. Həm də hiss edirdim ki, əvvəlki kimi məsləhətlərimi qulaq ardına vurmur. Söhbətimiz ona yaxşı təsir edirdi. Xəstəliyini müalicə etmək həvəsi çoxalırdı onda. Sağalacağına yenidən umidlənmişdim. Ayıldım göz yaşıyla, baş ağrısıyla. Aydın isə yanımda deyildi. Allah sənin günahlarını bağışlasın, Aydın. Allah sənə rəhmət eləsin".

Sevda Bayramova